em n ksharunaki ajakcel adrbej n363728 1

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” sosial şəbəkəsində yazıb.

O, Azərbaycanda keçirdiyi görüşlərin nəticələrini dəyərləndirib:

“Müzakirələrimiz regional proseslər, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, nəqliyyat və logistika imkanları, Bakı-İrəvan sülh prosesi, eləcə də Aİ-nin yaxın vaxtlarda Azərbaycan və Ermənistana planlaşdırılan yüksək səviyyəli səfərləri ərəfəsində gündəmdə olan məsələlərə həsr olunmuşdu.

Razılaşdıq ki, iki ölkə arasında davamlı sülhə aparan yolda əldə edilmiş tarixi nailiyyətlər nəticəsində formalaşan müsbət dinamikanın qorunub saxlanılması böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı bu prosesə dəstəyini davam etdirəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: