pasinyan putin 900x675 1

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün dayandırılması və ya təşkilatdan çıxarılması məsələsi dövlət başçıları səviyyəsində həll olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu KTMT-də Rusiyanın daimi nümayəndəsi Viktor Vasilyev deyib.

O qeyd edib ki, Ermənistan tərəfi artıq iki ildir ödəməli olduğu 10 faizlik üzvlük haqqını təşkilata köçürmür:

“Bildirdiyim məsələyə isə dövlət başçıları səviyyəsində fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Şurası qərar verir”.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın üzvlük haqlarını ödəməməsi səbəbindən KTMT-nin nizamnaməsində öhdəliklərini yerinə yetirməyən üzv dövlətlərlə bağlı tədbirləri tənzimləyən maddənin tətbiqinin müzakirə olunacağını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: