pasik

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin tərkibində genişmiqyaslı dəyişikliklərin nəzərdə tutulmadığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Paşinyan bildirib ki, hökumət üzvlərinin fəaliyyətindən ümumilikdə razıdır və hazırda nazirlər və ya baş nazirin müavinləri səviyyəsində kadr dəyişiklikləri planlaşdırmır:

“Hazırda hökumətin tərkibində dəyişikliklər görmürəm və belə bir planım yoxdur. Söhbət həm baş nazirin müavinlərindən, həm də nazirlərdən gedir. Bununla belə, icra hakimiyyətinin digər səviyyələrində müəyyən dəyişikliklərin baş verməsi mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: