pasinyan 011

“Baqramyan prospektində üç qəhrəmanımızın şəkilləri var idi, artıq yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının üzvü Areqa Ovsepyan qeyd edib.

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi iştirakçılarının izlərini silməyə davam edir.

“Artsax qəhrəmanı” Robert Abajyanın da rəsminin silinməsi təsadüfi deyil. Paşinyan rəsmi Bakıya hər şeyi – erməni qəhrəmanlarını, qələbələrimizi erməni xalqının yaddaşından siləcəyinə söz verib”, – A.Ovsepyan vurğulayıb.

Qeyd edək ki, İrəvan revanşist ideyalardan, Azərbaycana qarşı ərazi iddiasından imtina edəcəyinə dair öhdəlik götürüb. Bu baxımdan işğal dövründə Azərbaycana qarşı terror-təxribat törətmiş şəxslərin qəhrəmanlaşdırılması yolverilməzdir.

WhatsApp Image 2026 06 25 at 10.47.37

(Areqa Ovsepyan)

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: