Ukrayna ordusu Krımda, Razdolnoye kəndi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən dəmir yolu körpüsünü vurub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri (SOF) körpünün məhv edilmə anını əks etdirən videogörüntünü yayıb.
Məlumata görə, iyunun 22-nə keçən gecə pilotsuz uçuş aparatları ilə həyata keçirilən dəqiq zərbələr nəticəsində körpünün dəmir yolu hissəsi sıradan çıxarılıb, dayaqlardan birinin aşdığı bildirilib.
Məlumata əsasən, bu gecə xüsusi təyinatlıların dronları körpünü təmir etməyə cəhd edən təmir texnikasına və körpünün qalıqlarına yenidən zərbələr endirib.