Paşinyan Ukraynaya yardımı arvadı ilə göndərir

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Kiyevə yollanıb.

Globalinfo.az xəbər verir ki, erməni KİV onun Ukrayna paytaxtında tədbirdə iştirak edəcəyini yazıb.

O da məlum olub ki, Anna Akopyan məhz Ermənistanın göndərdiyi ilk humanitar yardımı Ukraynaya təqdim edəcək. Humanitar yardımın nədən ibarət olması açıqlanmır.

Qeyd edək ki, Rusiya ilə münasibətlərin kəskin xarakter alması fonunda Ermənistandan Ukraynaya ilk dəfə humanitar yardım göndəriləcəyi açıqlanmışdı.

Tamerlan Yayaqan
Globalinfo.az