Kiyevdə LGBT yürüşünün əleyhdarları Müstəqillik Meydanına (Maydan) toplaşıb.
Globainfo.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
Bildirilib ki, təhlükəsizlik tədbirləri gücləndirilib, polis patrulları artırılıb.
Yerli mənbələrin məlumatına görə, şəhər mərkəzi və bəzi əsas küçələr, o cümlədən Taras Şevçenko bulvarı nəqliyyat üçün məhdudlaşdırılıb.
Maydan və Boqdan Xmelnitski küçəsi ətrafında çoxlu sayda polis əməkdaşı yerləşdirilib.
Məlumata əsasən, Ukrayna milliyyətçi qruplarının nümayəndələri də mərkəzdə ənənəvi ailə dəyərlərinə dəstək aksiyası keçirirlər.
Qeyd edək ki, bu gün Kiyevdə həm LGBT icmasının yürüşü, həm də ənənəvi dəyərləri müdafiə edən qrupların tədbirləri planlaşdırılıb.
LGBT fəalları yeni Mülki Məcəllə layihəsində ayrı-seçkilik xarakterli müddəaların olduğunu iddia edir, hərbçilər və mülki şəxslər üçün ailə tərəfdaşlıqlarının tanınmasını, nifrət zəminində törədilən cinayətlərə görə məsuliyyətin sərtləşdirilməsini və transgender şəxslərlə bağlı prosedurların sadələşdirilməsini tələb edirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl LGBT icmasına dəstəyini ifadə edərək, “Biz hamımız eyniyik” mesajını vermişdi.
Əliyar Xəlil
Globalinfo.az