1781953387 1781501725 1

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhhətində yaranan narahatlıq səbəbindən Xalq artisti Flora Kərimova xəstəxanaya yerləşdirilib. Bir neçə gündür ki, tibb müəssisəsində müalicə alan müğənni bu gün evə buraxılıb.

Globalinfo.az xəbər verir ki, Xalq artistini xəstəxana çıxışında pərəstişkarları, onu sevənlər və dostları qarşılayıb.

Qeyd edək ki, 84 yaşlı Xalq artistinin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.

Paylaş: