puaaz

Türkiyənin Qara dəniz sahilindəki Bartın əyalətində daha bir pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə IHA məlumat yayıb. Qeyd olunub ki, bu, son beş gündə baş verən ikinci belə hadisədir.

Bildirilib ki, dron mütəxəssislər tərəfindən ətraflı müayinə üçün ölkə paytaxtına göndərilib.

Hadisə iyunun 19-da yerli vaxtla saat 16:00 radələrində Amasra şəhəri yaxınlığında yerləşən Çakraz çimərliyində baş verib.

Jandarma əməkdaşları dronun aşkarlandığı ərazini tez bir zamanda mühasirəyə alıb. İlkin yoxlama zamanı dronun göyərtəsində partlayıcı maddə olmadığı məlum olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: