ABŞ, Rusiya və Ukrayna arasında qeyri-rəsmi danışıqlar yenidən başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Economist” nəşri məlumat yayıb.
“Rusiya ilə qeyri-rəsmi danışıqlar bərpa olunub və Ukrayna ilə ABŞ Prezidenti Donald Trampın komandası arasında gündəlik əlaqələr saxlanılır.
Həll planı çərçivəsində müzakirə edilən ideyalardan biri atəşkəsin iki mərhələdə həyata keçirilməsidir.
Birinci mərhələdə döyüşlərin cəbhə xəttinin hər iki tərəfində 50–70 km-lik zonada məhdudlaşdırılması, daha sonra isə daha geniş razılaşmanın əldə olunması nəzərdə tutulur”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az