tramppp

ABŞ Prezidenti Donald Trampın görüntüləri gündəm olub.

Globalinfo.az xəbər verir ki, “Medal of Honor” (Şərəf Medalı) mərasimində maraqlı anlar yaşanıb.

Belə ki, mükafatın təqdim edilməsi zamanı Tramp medalın bağlayıcısını düzgün bərkidə bilməyib.

O, vəziyyəti improvizə edərək medalın lentini əsgərin boynuna əl ilə bağlayıb.

Medalın təqdim edildiyi hərbi qulluqçu isə yüksək hərbi nizam-intizam nümayiş etdirərək hərəkətsiz və soyuqqanlı şəkildə dayanıb.

Kadrlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: