hebs turkiye 1

İstanbulun Adalar və Mersinin Silifke rayonlarında keçirilən əməliyyat nəticəsində bələdiyyə sədrləri də daxil olmaqla çoxlu sayda məmur rüşvət və korrupsiyada şübhəli bilinərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Adalar rayon bələdiyyəsinin sədri Əli Ercan Akpolat, müavinləri Hüseyn Yılmaz və Fırat Durak, eləcə də bəzi bölmə rəisləri başda olmaqla 41 əməkdaşı rüşvət, korrupsiya və “mütəşəkkil cinayətkar təşkilat yaratmaq”da şübhəli bilinərək saxlanılıblar.

Bundan başqa, Mersin əyalətinin Silifke rayon bələdiyyəsinin sədri Mustafa Turqut da daxil olmaqla çox sayda şübhəli saxlanılıb.

Paylaş: