sUBAT2023 kiev1 900x600 1

May ayı Ukrayna ərazilərinin işğaldan azad edilməsi baxımından rekord göstərici ilə yadda qalıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov məlumat verib.

Nazirin sözlərinə görə, Ukrayna qüvvələri may ayında düşmən nəzarətinə keçən 100 kvadrat kilometrdən çox ərazini geri qaytarmağa nail olub.

“Biz 100 km²-dən çox ərazini işğaldan azad etdik. Üstəlik, hər kvadrat kilometrə düşən düşmənin məhv edilən sayını artırdıq”, – deyə Fedorov bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: