2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Rusiya hücumlara cavab olaraq Ukraynadakı hədəflərə müntəzəm kütləvi zərbələr endirəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu hədəflər hücuma məruz qalacaq.

“İnanıram ki, bütün düzgün sözlər deyilib, amma sözlərin yetərli olmadığına çoxdan əminəm”, – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri Prezident Vladimir Putinin “Ukrayna ordusunun döyüş qabiliyyətinin birbaşa asılı olduğu hədəflərə müntəzəm olaraq kütləvi hücumlar edəcəyik” sözlərini xatırladıb.

Paylaş: