Moskvaya dron hücumları fonunda diqqətlər Rusiyaya yönəldiyi bir vaxtda, Prezident Vladimir Putin ASEAN sammitində sakit və rahat davranışı ilə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, görüntülər sosial mediada sürətlə yayılıb.
Belə ki, tədbirdə Putin çıxışı zamanı gülümsəyərək iştirakçılardan sinxron tərcümə üçün qulaqlıqları taxmalarını istəyib.
Onun bu davranışı geniş müzakirə olunub.
Müşahidəçilər Putinin bununla özünəinamlı görüntü verməyə çalışdığını qeyd ediblər.
Xatırladaq ki, iyunun 17-dən 19-dək Kazanda Rusiya–ASEAN sammiti keçirilir. Tədbirə Rusiya da daxil olmaqla 13 nümayəndə heyəti (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor və ASEAN katibliyi) dəvət olunub.
Əliyar Xəlil
Globalinfo.az