1670262625 3674859598483

Son 24 saatda Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus yüzlərlə pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, sutka ərzində ümumilikdə 992 pilotsuz uçuş aparatı vurulub:

“Hava hücumundan müdafiə sistemləri bununla yanaşı dörd qanadlı raketi, üç HIMARS reaktiv mərmisini və 10 idarəolunan aviasiya bombasını məhv edib”.

Rusiya MN qeyd olunan vasitələrin müxtəlif istiqamətlərdə aşkarlanaraq vurulduğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: