Hikm%C9%99t

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşün sülh prosesi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb.

O qeyd edib ki, məqsəd ErmənistanAzərbaycan arasında sülh prosesinin dinamikasını qorumaq və iki ölkənin sülh gündəliyinə sadiqliyini nümayiş etdirməkdir.

Onun sözlərinə görə, seçkilərdən sonra sülh prosesinin zəifləməməsi vacib idi və məhz bu səbəbdən tərəflər arasında birbaşa təmaslar davam etdirilib.

Paşinyan həmçinin bildirib ki, bu formatda görüşün ilk dəfə Ermənistan ərazisində keçirilməsi önəmlidir və növbəti təmasın Azərbaycanda baş tutacağı gözlənilir.

Baş nazir çıxışında Ermənistanın müxalif qüvvələrini də tənqid edib, onların sülh prosesinə risk yarada biləcəyini diqqətə çatdırıb. O, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını xatırladaraq, sülh gündəliyinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: