“ABŞ Prezidenti Donald Trampın fransız şərablarına 100% gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı təhdidlərinə boyun əyməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Mübahisənin səbəbi Fransanın ABŞ texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal vergi olub.
Makron vurğulayıb ki, bu vergi Avropa qanunvericiliyinin bir hissəsidir:
“Avropa qanunvericiliyi ilə bağlı qərarı ABŞ deyil, Avropa verir”.
Qeyd edək ki, bundan əvəl ABŞ lideri Makronu Fransadan olan bütün şərab və şampan məhsullarına 100% gömrük rüsumu tətbiq etməklə hədələyib.
O, ABŞ texnologiya şirkətlərinə tətbiq edilən 3%-lik verginin ləğvini tələb edib, əks halda Amerika bazarında ciddi məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az