2025-ci ildə dövlət sosial müdafiə fonduna ayrılan vəsaitin artması fonunda icbari tibbi sığorta Fonduna transfert azalıb.
Globalinfo.az teleqraf-a istinadən xəbər verir ki, bu da dövlət büdcəsindən cəmi transfert və ayırmalarda azalmaya səbəb olub.
Məlumata görə, hesabat ilində icra edilən dövlət büdcəsi xərclərinin 6,6%-i və ya 2 milyard 543,4 milyon manatı büdcədən ayırmalar və transfertlərlə bağlı olub. Bu 2024-cü illə müqayisədə 249,5 milyon manat (8,9%), proqnozla müqayisədə isə 57,2 milyon manat (2,2%) azdır.
Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsindən transfert və ayırmalar dövlət büdcəsi xərclərinin 7,4%-ni təşkil etmişdi.
Dövlət büdcəsindən transfert və ayırmaların azalmasına mütləq ifadədə daha çox İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsaitin azalması təsir göstərib.
Belə ki, hesabat ilində İTSF-yə ayırmalar 775,9 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq göstəricisindən 592,1 milyon manat azdır.