Papa XIV Leo Tenerife adasından ayrıla bilməyib.
Globalinfo.az xəbər verir ki, Vatikan rəhbəri texniki nasazlıq səbəbindən təyyarə ilə Kanar adalarını tərk edə bilməyib.
Papanın apostol səfərini başa vurduqdan sonra Romaya uçması planlaşdırılan Airbus A320 təyyarəsinin mühərrikində problemlər yaranıb.
Məlumata görə, Papa və nümayəndə heyətinin üzvləri artıq təyyarədəki yerlərini tutubmuş, lakin təyyarəni tərk etmək məcburiyyətində qalıblar.
Tahir Turam