tramp 0112 900x600 1

ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski  ilə ayrıca görüş keçirməyəcək. 

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Zelenski iyunun 16-da G7 liderlərinin işçi iclasına qoşulacaq.

Həmin görüşdə Tramp da iştirak edəcək, lakin iki lider arasında ayrıca ikitərəfli danışıqlar hələlik planlaşdırılmayıb.

Qeyd edək ki, iyunun 15-17-də keçiriləcək G7 sammiti zamanı Trampın Fransa, Qətər, BƏƏ, Misir və Hindistan liderləri ilə ayrıca görüşlərinin olacağı gözlənilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: