ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca görüş keçirməyəcək.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Zelenski iyunun 16-da G7 liderlərinin işçi iclasına qoşulacaq.
Həmin görüşdə Tramp da iştirak edəcək, lakin iki lider arasında ayrıca ikitərəfli danışıqlar hələlik planlaşdırılmayıb.
Qeyd edək ki, iyunun 15-17-də keçiriləcək G7 sammiti zamanı Trampın Fransa, Qətər, BƏƏ, Misir və Hindistan liderləri ilə ayrıca görüşlərinin olacağı gözlənilir.
Safura Bənnayeva
Globalinfo.az