ordu

“Almaniya 2029-cu ilə qədər Rusiya ilə mümkün münaqişə ssenarisinə hazır olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Kristian Freydinq deyib.

Onun sözlərinə görə, bu tarix sadəcə proqnoz deyil, NATO kəşfiyyatının qiymətləndirmələrinə əsaslanan ehtimaldır:

Rusiya 2029-cu ildə NATO ölkələrindən birinə müdaxilə etmək imkanına sahib ola bilər və buna görə də alyans daxilində hazırlıqlar sürətləndirilməlidir. Almaniya ordusu hətta münaqişə bu gecə başlasa belə hər ssenariyə hazır olmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: