
Çin və Qazaxıstan ticarət, investisiya, texnologiya, turizm və gömrük sahələrini əhatə edən bir sıra əməkdaşlıq sənədləri imzalayıb.
Globalinfo.az “Reuters” istinadla xəbər verir ki, sənədlər Çin Prezidenti Si Cinpin ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astanada keçirdiyi görüş zamanı razılaşdırılıb.
Si Cinpin bildirib ki, iki ölkə çoxtərəfliliyə sadiq qalmalı və inkişaf etməkdə olan ölkələrin ortaq maraqlarını müdafiə etməlidirlər. O, həmçinin sərhədyanı dəmir yolu layihələrinin tikintisinin təşviq edilməli və liman infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayıb.
Çin lideri əlavə edib ki, Pekin və Astana hüquq-mühafizə və müdafiə sahələrində əməkdaşlığı genişləndirməli, həmçinin terrorizm, separatizm və ekstremizmə qarşı birgə mübarizə aparmalıdır.
*** 15:53
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Qazaxıstana rəsmi səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, Qazaxıstan KİV məlumat yayıb.
Çin liderini aeroportda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.