yumurta

Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunan dinləmədə bildirib.

“Bu addım damazlıq işinin təşviqi və yerli istehsalın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədi daşıyır”, – deyə o qeyd edib.

Paylaş: