“Donald Tramp siyasi nüfuzunu itirmək qorxusu fonunda üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Nümayəndələr Palatası və Senata keçiriləcək aralıq seçkilər yaxınlaşdıqca Trampın siyasi təsiri məsələsi daha da aktuallaşır.
Agentliyin həmsöhbətinə görə, hazırkı administrasiya respublikaçı qanunvericilərə Trampın hələ də onların siyasi gələcəyinə təsir edə bildiyini göstərməyə çalışır.
Bununla belə, mənbə Trampın təsirinin zamanla zəifləməsinin qaçılmaz olduğunu da etiraf edib:
“Hazırkı prezident ABŞ Konstitusiyasının 22-ci düzəlişi ilə qadağan olunmasına baxmayaraq, üçüncü dəfə namizəd olma ehtimalını dəfələrlə dilə gətirib”.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə ikinci dəfə qalib gəlib və Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edib. O, ilk dəfə 2017–2021-ci illərdə ABŞ-a rəhbərlik edib. 2016-cı il seçkilərində isə o, Hillari Klintonu məğlub etmişdi.
Əliyar Xəlil
Globalinfo.az