rfpikirilldmitriyev

Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev  Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası ilə bağlı zarafat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.

“Əziz yadplanetlilər, insanlıqla əlaqəyə hazırlaşdığınız müddətdə, lütfən, öz qüdrətinizi və xeyirxahlığınızı göstərin. Kir Starmeri istefaya razı salın. Ona insanların onun haqqında nə düşündüyünü və istefa verərsə, Qərb sivilizasiyasına ümid verə biləcəyini başa salın”, — deyə diplomat qeyd edib.

O, bu zarafatı Şimali İrlandiyada miqrant tərəfindən britaniyalıya hücumdan sonra başlayan etirazları şərh edərkən yazıb.

Daha əvvəl Dmitriyev Starmerin siyasətinin Böyük Britaniyada inqilaba səbəb ola biləcəyini də bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: