İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürəcək.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Netanyahunun lideri olduğu “Likud” partiyası bəyanat yayıb.
“Baş nazir Netanyahu qarşıdakı seçkilərdə iştirak edəcək”, – partiyanın bəyanatında vurğulanıb.
Bəyanatda Netanyahunun qalib gələcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABC News-a müsahibəsində Netanyahunun seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığını bilmədiyini deyib.
Xatırladaq ki, İsraildə seçkilərin oktyabr ayında keçiriləcəyi gözlənilir. Bu, İsraildə 2023-cü il 7 oktyabr hadisələrindən sonra ilk seçki olacaq.