bahceli maduro nun kacirilmasini gise rekorlari 19430346 62

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasını “Karib dənizinin quldurları” filminə bənzədib.

Globalinfo.az xəbər verir ki, Baxçalı bu barədə partiyanın iclasında danışıb.

“Əslində beynəlxalq hüquq uzun müddətdir tullantı səbətinin dibindədir. XXI əsrin ikinci rübünün ikinci günündə tarixdə bəlkə də heç vaxt rast gəlinməmiş bir piratlıq və insan qaçırma hadisəsi yaşandı. “Karib dənizinin quldurları” filmi bütün dünyanın gözü önündə reallaşdı. Film çəkilişləri Venesuelanın paytaxtı Karakasda aparıldı”, – o deyib.

Baxçalı sözügedən əməliyyatı skandal kimi dəyərləndirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: