WhatsApp Image 2025 08 29 at 17

Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalq mahnısı “Muleyli” (və ya “Bu Leyli”) səsləndirilib.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin mahnının sədaları altında rəqs etdiyi əks olunub.

Videonun qısa zamanda geniş müzakirələrə səbəb olduğu bildirilir.

“Muleyli” Azərbaycan musiqi irsinin məşhur nümunələrindən biridir və müxtəlif ifaçılar tərəfindən fərqli üslublarda səsləndirilib.


Paylaş: