WhatsApp Image 2026 06 09 at 11.00.33

Dövlət fondlarının ayırdığı kreditlərin ümumi həcmi 1,2 milyard manata yüksəlib”.

Globalinfo.az xəbər verir ki, bunu X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

Sədr bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nda maliyyə resurslarına çıxışın genişləndirilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib:

“Proqram çərçivəsində aqrar kredit kooperativlərinin formalaşdırılması və dəstəklənməsi, aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin subsidiya, zəmanət və güzəştli kredit alətlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu sahədə dövlət fondlarının kreditləşmə göstəricilərində də artım müşahidə edilir. Son hesabat dövrünün nəticələrinə əsasən, dövlət fondları tərəfindən müxtəlif istiqamətlər üzrə təqdim olunan kreditlərin ümumi məbləği 1,2 milyard manata çatıb”.

Ləman İmran
Globalinfo.az

Paylaş: