“Maliyyə sektorunda əsas problemlərdən biri artan xərclər və dələduzluq riskləridir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.
O bildirib ki, sektorun qarşısında duran iki əsas çağırış məhz xərclərin yüksəlməsi və dələduzluq hallarının artmasıdır:
“Xərclərin artmasında rəqəmsallaşma prosesləri və nağdsız ödəniş infrastrukturunun inkişafı mühüm rol oynayır. Bu yükü daha çox banklar, ödəniş təşkilatları və müxtəlif təsərrüfat subyektləri hiss edir. Dələduzluq riskləri isə cəmiyyətin bütün təbəqələrini narahat edən məsələdir. Təəssüf ki, bu təhdidlər hər bir vətəndaşa birbaşa təsir göstərir”.
Ləman İmran
Globalinfo.az