Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin ərazi bütövlüyü ilə bağlı məsələlərin təkcə Gürcüstan üçün deyil, bütün regionun təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə yerli televiziya kanlaarına müsahibəsində danışıb. Nazir bildirib ki, Gürcüstan ərazilərinin işğalı bütün region üçün təhlükəsizlik problemidir.
Onun sözlərinə görə, Rusiya hərbi qüvvələrinin Abxaziya və Sxinvali bölgələrində mövcudluğu Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi risk olaraq qalır.
Boçorişvili həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən dəstəyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib. O, hər iki ölkənin bu məsələdə prinsipial və ardıcıl mövqe nümayiş etdirdiyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az