“Ermənistan xalqı sülhə, prosesin davamına, daha sivil ölkə olmaq yolunda addımlamağa səs verdi”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Paşinyanın partiyası 49,81% səs yığsa da, yəni, 50%-i keçə bilməsə də, Ermənistan seçki qanununun spesefik qaydalarına görə təkbaşına hökumət formalaşdıra biləcək:
“Parlamentə keçməyən partiyaların səsi bölünəcək, Paşinyanın partiyası ən azı 52%-lə parlamentdə təmsil olunacaq.
Azərbaycan xalqının siyasətlə maraqlanan hissəsi də Paşinyana azarkeşlik edirdi – deməli, bizim cəmiyyət də sülh prosesinin davamını istəyir, bu da çox önəmlidir.
Bizim xalq həm də ona görə Nikol və komandasının qalib gəlməsini istəyirdi ki, revanşistlər qalib gəlsəydi, bizim hökumət bunu haqlı səbəb kimi göstərib hərbi, müdafiə xərclərini artıracaqdı, istənilən islahatların ehtimalı belə aradan qalxacaqdı – yaxşı ki, bu məsələlər də aradan qalxdı”.