Rusiya Prezidenti Vladimir Putin “India Today” telekanalının jurnalistlərinin onu izləməsi ilə bağlı zarafat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin Telegram kanalında paylaşım edib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlər dövlət başçısına “Siz nə vaxt dincəlməyə vaxt tapırsınız, çünki biz sizi 3 gün izlədik və gördük ki, siz daim işləyirsiniz?” sualını veriblər.
Putin isə zarafatla belə cavab verib:
“Kim xüsusi xidmət orqanlarında işləyib: mən, yoxsa siz? Siz məni artıq 3 gündür izləyirsiniz”.
Əliyar Xəlil
Globalinfo.az