Iran

Bəhreynin hava hücumundan müdafiə vasitələri İran tərəfindən buraxılan üç ballistik raketi və bir neçə zərbə tipli pilotsuz uçuş aparatını məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə krallığın hərbi komandanlığı məlumat yayıb.

İran Bəhreyn Krallığının dinc əhalisinə qarşı yönələn raket və PUA ilə həyata keçirdiyi mənfur hücumlar vasitəsilə sistemli təcavüzünü davam etdirir”, – bəyanatda deyilir.

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Qərargahı bildirib ki, dinc sakinləri və şəxsi mülkiyyəti hədəfə almaq məqsədilə raket və PUA-lardan qəsdən istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: