WhatsApp Image 2026 06 06 at 00.47.07

İrəvanın Respublika Meydanında hakim Vətəndaş Müqaviləsi Partiyasının baş nazirliyə namizədi Nikol Paşinyanın seçkiqabağı son təşviqat mitinqi keçirilib.

Globalinfo.az xəbər verir ki, mitinq zamanı partiya nümayəndələri çıxışlarında əsasən müxalifəti hədəf alıblar.

Onlar bildiriblər ki, Ermənistan indiyədək müxalifət adı altında belə geniş “agent şəbəkəsi” ilə qarşılaşmayıb.

Hakim partiyanın təmsilçiləri həmçinin “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyana müraciət edərək ölkədə oliqarxların dövrünün başa çatdığını vurğulayıblar.

Çıxışlarda müxalif qüvvələrə qarşı ittihamlar və siyasi tənqidlər üstünlük təşkil edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək. Seçkiqabağı təşviqat kampaniyası 8 may tarixində başlayıb və 5 iyunda başa çatıb.

WhatsApp Image 2026 06 06 at 00.51.50 WhatsApp Image 2026 06 06 at 00.51.50 1 WhatsApp Image 2026 06 06 at 00.51.49 1 WhatsApp Image 2026 06 06 at 00.51.49

Tahir Turan
Globalinfo.az

Paylaş: