ABŞ Kuba rəhbərliyinə qarşı yeni sanksiyalar paketi açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, Kuba prezidenti Migel Diaz-Kanel, onun həyat yoldaşı Lis Kuesta Peraza, ögey oğlu və hüquq müşaviri Manuel Anido Kuesta, keçmiş lider Raul Kastronun oğlu Alejandro Kastro Espin və nəvəsi Raul Alejandro Kastro Kalis sanksiya siyahısına daxil edilib.
Qərara əsasən, adıçəkilən şəxslərin ABŞ yurisdiksiyasında olan bütün aktivləri dondurulur.
Həmçinin ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla hər hansı maliyyə və ya kommersiya əlaqələri qurmaq qadağan edilir.
Yeni məhdudiyyətlər Prezident Donald Trampın Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirən addımlarından sonra tətbiq olunub.
Vaşinqton administrasiyası bununla Havana rəhbərliyinə təzyiqi artırmağa çalışır.
Sanksiyalara cavab verən Kuba Prezidenti Miguel Diaz-Kanel ABŞ-ı ölkəsinə qarşı düşmənçilik siyasəti yürütməkdə ittiham edib:
“Kuba rəsmilərinin və dövlət qurumlarının sanksiya siyahısına salınması iki ölkə arasındakı gərginliyi daha da artırır. Son addımlar Kuba xalqına zərər vurmağa yönəlmiş siyasətin davamıdır və ölkəsi xarici təzyiqlərə qarşı müqavimət göstərməkdə davam edəcək”.
Əliyar Xəlil
Globalinfo.az