
ABŞ Prezidenti Donald Tramp İrana hücum qərarının İsraili məhv olmaqdan xilas etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
“Əgər mən olmasaydım, İsrail artıq mövcud olmazdı. İrana qarşı hərbi əməliyyat başlatmaq qərarını mən vermişəm, ABŞ-ın İsrail tərəfindən münaqişəyə cəlb edilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil”, – Tramp deyib.
O əlavə edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verməmək bu qərarın əsas səbəblərindən biri olub.
Safura Bənnayeva
Globalinfo.az