Pasinyan gulus 2

Ermənistan Baş naziri Nikol Paşinyan Geqarkunik vilayətində çıxışı zamanı Başkənd (Artsvaşen) məsələsindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş nazir qeyd edib ki, məsələnin həlli ilə bağlı mümkün variantlardan biri mübadilə ola bilər.

O deyib ki, sərhəd delimitasiyası gələcək nəsillər üçün davamlı və sabit həllər formalaşdırmalıdır:

“Ermənistanın məqsədi gələcək nəsillərə “kadastr sənədi” ilə müəyyən edilmiş dövlət sərhədlərini ötürməkdir və bu sənədlərin yekunlaşdırılması delimitasiya prosesinin əsas hissəsini təşkil edir. Ölkənin təhlükəsizliyi gücləndiriləcək və müdafiə qabiliyyətləri gələcəkdə də inkişaf etdiriləcək”.

Safura Bənnayeva
Globlainfo.az

Paylaş: