3 3

İranın ali lideri Müctəba Xamenei müharibənin əvvəlində aldığı xəsarətlərdən sonra yenidən dövlət işlərində daha fəal iştirak etməyə başlayıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, Xamenei uzun müddətdir ictimaiyyət qarşısına çıxmasa da, ölkə daxilində baş verən proseslərə təsirini artırdığına dair əlamətlər müşahidə olunur.

“Biz onu ictimaiyyət qarşısında görməmişik. Həmin sistemdə bir sıra rəhbər şəxslərin hədəfə alınmasını nəzərə alsaq, açıq şəkildə görünməməsi təəccüblü deyil”, – Rubio deyib.

ABŞ dövlət katibi əlavə edib ki, Xamenei hazırda əsasən yazılı göstərişlər və vasitəçilər vasitəsilə əlaqə saxlayır.
Bundan əvvəl mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Xamenei hava hücumu zamanı üz və ayaq nahiyəsindən ağır yaralanıb. Buna baxmayaraq, onun son vaxtlar ölkənin idarə olunmasında iştirakını tədricən artırdığı bildirilir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: