VACİB XƏBƏRLƏR

Türkiyədə qorxunc görüntülər: ölənlərin sayı artdı – ANBAAN VİDEO / YENİLƏNDİ

Özəl, Region

WhatsApp Image 2023 03 15 at 13.13.24

Türkiyənin Şanlıurfa və Adıyaman vilayətində sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

***

Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı artıb.

Globalinfo.az xəbər verir ki, Adıyamanda konteyneri sel aparıb, 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Şanlıurfada isə 10 nəfər ölüb.

***16:15

Türkiyənin zəlzələdən zərər görümşü Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, ölənlərin sayı 9-a çatıb.

Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb.

***13:09

Türkiyənin Şanlıurfa bölgəsində sel fəlakəti yaşanıb.

Globalinfo.az bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, selin apardığı 4 nəfər həyatını itirib, iki xilasedici isə itkin düşüb.

Adıyamanda isə 1 nəfərin həlak olduğu, 4 nəfərin itkin düşdüyü deyilir.

Malik
Globalinfo.az

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış