“Assoşeyted Press” agentliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın çərşənbə axşamı keçirilən mətbuat konfransı ilə bağlı paylaşım edib. Paylaşımda baş nazirin Rusiyanın Azərbaycanla yeni hərbi əməliyyatların başlanması ehtimalı qarşısında Ermənistanı tək qoymaqda günahlandırdığı qeyd edilib.
Globalinfo.az xəbər verir ki, Avropa İslahatları Fondunun Baş siyasi məsləhətçisi Robert Tayler Paşinyanın çıxışına münasibət bildirib.
R.Tayler bildirib ki, Paşinyanın Kremlə tənqidlərinin mahiyyəti fərqlidir:
“Gəlin bir şeyə aydınlıq gətirək: Paşinyan Kremli Ukraynada apardığı müharibəyə görə tənqid etmir. Rusiyanı eyni şeyi Azərbaycana qarşı etmədiyi üçün tənqid edir”.
Qeyd edək ki, Nikol Paşinyanın çərşənbə axşamı keçirilən mətbuat konfransındakı çıxışları erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.
Ayşən Mustafa
Globalinfo.az