tramp0

Tramp administrasiyası Ukraynadakı müharibə cinayətləri araşdırmalarına ayrılan vəsaiti azaldıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, 2025-ci ildən etibarən Tramp administrasiyası bu sahədə fəaliyyət göstərən proqramların maliyyələşdirilməsini on milyonlarla dollar həcmində ixtisar edib.

Nəticədə, Ukraynada sübut toplayan və araşdırmalar aparan bir sıra beynəlxalq ekspertlər fəaliyyətlərini dayandırmağa məcbur olublar.

Agentliyin həmsöhbətlərindən biri bildirib ki, ABŞ tərəfindən maliyyələşdirilən və məsuliyyətə cəlbetmə ilə bağlı layihələrin təxminən yarısı bu ixtisarlardan təsirlənib:

ABŞ-ın bu istiqamətdə ayırdığı vəsaitin dəqiq həcmini müəyyən etmək çətindir, çünki maliyyə müxtəlif qurumlar və proqramlar arasında bölüşdürülürdü”.

Xatırladaq ki, daha əvvəl ABŞ mediası Tramp administrasiyasının Ukraynaya yardım proqramlarını ciddi şəkildə azaltdığını yazmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: