Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində “Reaper” pilotsuz uçuş aparatının qarşısını kəsib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib.
Nəticədə aparat qəzaya uğrayıb.
***
Rusiyanın Su-27 təyyarəsi Qara dəniz üzərində Amerikanın MQ-9 kəşfiyyat pilotsuz təyyarəsi ilə toqquşub.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qüvvələrinin komandanlığı məlumat yayıb.
ABŞ-ın Avropa komandanlığının mməlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.
Məlumatda qeyd olunub ki, ABŞ və müttəfiqləri sözügedən ərazidə əməliyyatlarına davam edəcək.
Məsələ ilə bağlı Pentaqon bildirib ki, Rusiya qırıcıları ABŞ-ın pilotsuz təyyarəsinə hücum edib.
Amerika tərəfi iddia edir ki, Su-27 təyyarəsi manevrlər edərkən MQ-9-un pərvanəsinə toxunub. MQ-9 PUA-sı dənizə düşüb.
Hadisə ilə bağlı ABŞ Prezidenti Co Baydenə məlumat verildiyi qeyd edilib.
Zaira Akifqızı