6a15ce38821706a15ce388217117798139446a15ce38821586a15ce3882159

Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətlərinə baxılmasına dair ilkin baxış iclası başlayıb.

Globalinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

İclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah edilib.

Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının olmadığını bildiriblər.

Bundan əlavə, tərcüməçilərə qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunub, məhkumların onlara etirazlarının olub-olmaması dəqiqləşdirilib. Müdafiəçilər, zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorların səlahiyyətləri elan olunub.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov çıxışında bildirib ki, apellyasiya şikayətləri verilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunub. O qeyd edib ki, hazırkı mərhələdə məhkəmə baxışına hazırlıq iclasının predmetini işin apellyasiya baxışına təyin edilməsinin mümkünlüyü məsələsi təşkil edir. İttiham tərəfi hesab edir ki, apellyasiya icraatının başlanılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual şərtlərə əməl olunub və iş əlavə sübutlar tələb edilmədən məhkəmə baxışına təyin edilə bilər.

Məhkəmə tərəflərin mövqelərini və verilmiş vəsatətləri müzakirə etdikdən, həmçinin tərəflərin verilən vəsatətlərə münasibətini öyrəndikdən sonra müşavirəyə gedib.

Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və cinayət işi apellyasiya baxışına təyin edilib. Bildirilib ki, məhkəmə baxışı istintaq aparılmadan və əlavə sübutlar tədqiq edilmədən iyunun 2-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

***10:04

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barələrində olan məhkəmə hökmündən verdikləri apelyasiya şikayəti üzrə iş icraata götürülüb.

Globalinfo.az xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Məhkəmə prosesi bu gün başlayır.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına (hökm) əsasən, Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni və Babayan David Klimi ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç) və Sahakyan Bako Sahaki 20 il, Babayan Madat Arakeli və Paşayan Melikset Vladimiri 19 il, Martirosyan Qarik Qriqori 18 il, Allahverdiyan Davit Nelsoni və Balayan Levon Romiki 16 il, Beqlaryan Vasili İvani, Stepanyan Qurgen Homerosi və Qazaryan Erik Roberti 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

6a15ce38aa1206a15ce38aa12117798139446a15ce38aa11e6a15ce38aa11f 6a15ce38b740c6a15ce38b740d17798139446a15ce38b740a6a15ce38b740b 6a15ce38c3c516a15ce38c3c5217798139446a15ce38c3c4f6a15ce38c3c50 6a15ce38d4e016a15ce38d4e0217798139446a15ce38d4dfe6a15ce38d4dff 6a15ce38e8fe56a15ce38e8fe617798139446a15ce38e8fe26a15ce38e8fe3 6a15ce388f3a46a15ce388f3a517798139446a15ce388f3a16a15ce388f3a2 6a15ce389c1456a15ce389c14617798139446a15ce389c1436a15ce389c144 6a15ce391e1986a15ce391e19917798139446a15ce391e1956a15ce391e197 6a15ce3930f886a15ce3930f8917798139446a15ce3930f856a15ce3930f86 6a15ce38766806a15ce387668117798139446a15ce387667e6a15ce387667f 6a15ce39099936a15ce390999417798139446a15ce39099906a15ce3909992 1779561576 img 9997 1

Paylaş: