zelenski 111

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş Administrasiya rəhbəri Andrey Yermakın həbsi ilə bağlı heç bir şərh verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzeti məlumat yayıb.

Eyni zamanda, məqalədə qeyd edilib ki, Ukrayna lideri “gizli məkana getməyib” və sosial mediada paylaşımlar etməyə və ölkədəki digər məsələlərə toxunduğu video mesajlar yazmağa davam edir.

“Lakin o, bir neçə əməkdaşının iştirak etdiyi korrupsiya qalmaqalındakı inkişaflar, ötən ildən bəri Ukraynanı silkələyən bu qalmaqal və hər şeydən əvvəl özünün bildikləri və bu hadisələrdə iştirak edib-etmədiyi barədə inadkarlıqla susur”, – deyə “Welt” qeyd edir.

Tahir Tura 

Globalinfo.az

Paylaş: