İranın Ali rəhbəri Müctəba Xameneinin zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə vermədiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Ali liderin göstərişinə uyğun olaraq zənginləşdirilmiş uran ehtiyatları ölkə sərhədlərindən kənara çıxarılmamalıdır”, – qeyd olunur.
Xatırladaq ki, Tehranın sülh danışıqlarına qayıtmaq üçün irəli sürdüyü beş əsas şərtə cavab olaraq ABŞ da sərt tələblər irəli sürüb. Vaşinqtonun əsas tələblərindən biri təxminən 400 kiloqram zənginləşdirilmiş uranın təcili şəkildə İrandan çıxarılmasıdır.