İsrail xarici işlər naziri Gideon Saar və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir arasında sosial şəbəkədə fələstinli girovların görüntülərinin yayılmasına görə qalmaqal yaranıb.
Baş nazir Benyamin Netanyahu və digər dövlət rəsmiləri də Saarı dəstələyərək Ben-Qviri tənqid ediblər. O isə görüntülərin paylaşılması ilə bağlı əməlini doğru hesab etdiyini və bunun arxasında dayandığını bildirib.
İsrail hökumətində fikir ayrılığı yaşanır? Təl-Əvivdəki vəziyyət İranla və HƏMAS-la müharibəyə necə təsir edə bilər?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, İsrail üçün bu, normal bir məsələdir:
“Ölkədə koalisiya hökumətləri tez-tez qurulur. İsrail parlamentli respublikadır. Parlamentdə Fələstinlə müharibə məsələsində ortaq yanaşma mövcud olsa da, döyüş metodu ilə bağlı ciddi fikir ayrılıqları var.

Zaur Məmmədov
İran, Qəzza zolağı və Livanda qarşıdurmalara son qoyular, İsrailin daxil olduğu münaqişələr başa çatarsa, bu, partiyalararası mübarizəni daha da şiddətləndirəcək. İndiki məqamda hərbi əməliyyatlar davam edir. Baş verənlərin fonunda isə müxalif mübahisələr yaşanır”.
Turan Rzayev
Globalinfo.az