Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.
Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Paşinyan parlamentdə “Hökumət saatı”nda bildirib.
Dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.